Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kriştiano Ronaldo yeni rekorda imza atıb

Kriştiano Ronaldo yeni rekorda imza atıb

“Futbol.ua” saytının məlumatına görə, “Avro 2020”nin seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilmiş Litva-Portuqaliya (1:5) qarşılaşması məşhur futbolçu Kriştiano Ronaldo üçün əlamətdar olub.
Belə ki, Ronaldo səfər matçında rəqib qapısına dörd dəfə yol tapıb. Bununla da Portuqaliya millisinin kapitanı Avropa çempionatlarının seçmə mərhələlərində vurduğu qolların sayını 24-ə çatdırıb.
Qeyd edilir ki, Kriştiano Ronaldo bu göstərici üzrə irlandiyalı Robi Kini qabaqlayıb. 34 yaşlı futbolçu Portuqaliya millisinin heyətində 159 oyunda 93 dəfə fərqlənib. 
Sonda qeyd edək ki, Avropada milli komandaların heyətində ən çox oyun keçirən futbolçu İtaliya yığmasının qapıçısı Canluici Buffondur. O, milli komandanın heyətində 176 dəfə yaşıl meydanda olub.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti” 

 

12 2019 10:16 - İDMAN
İDMAN
10 Oktyabr 2019 | 00:45
Campaolo istefaya göndərilib
8 Oktyabr 2019 | 23:47
Silvinyo istefaya göndərilib
2 Oktyabr 2019 | 01:23
Fati milliyə çağırılıb
30 Sentyabr 2019 | 23:25
12 oyunluq cəza gözlənilir

Köhnə versiyamızdan xəbərləri izlə