Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Nyu-Dehlini Kəşmirdə insan hüquqlarının pozulmasına son qoymağa çağırıb

BMT Nyu-Dehlini Kəşmirdə insan hüquqlarının pozulmasına son qoymağa çağırıb

BMT-nin üzvü olan 50 dövlət, o cümlədən Türkiyə Hindistan hökumətini əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Cammu və Kəşmir ştatlarında insan hüquqlarının pozulmasına son qoymağa səsləyib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Bu günlərdə BMT Şurasının Cenevrədə keçirilən 42-ci sessiyasında Cammu və Kəşmir ştatlarındakı vəziyyətlə bağlı bəyannamə qəbul edilib. Sənəddə deyilir ki, beynəlxalq hüquq təşkilatları həmin vilayətlərdə vəziyyəti diqqətlə öyrənməli və gərginliyin azaldılması üçün müvafiq addımlar atmalıdır. 
Bəyannamədə, həmçinin Cammu və Kəşmirdə siyasi məhbusların azad edilməsi, komendant saatının dərhal ləğv edilməsi, internetə sərbəst çıxışın təmin edilməsi və s. tələb olunur. 
Qeyd etmək lazımdır ki, sənəd İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən hazırlanıb. Belə ki, İƏT- in bu yaxınlarda keçirilən sesiyasında Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi son vaxtlar Cammu və Kəşmirdə vəziyyətin olduqca ağır olduğu barədə çıxış edib və dünya birliyini Hindistan hökumətinə təsir göstərməyə çağırıb. 
Xatırladaq ki, bu il avqustun 5-də Hindistan Prezidenti Ram Natx Kovind ölkə Konstitusiyasının 370-ci maddəsində təsbit olunan, Pakistanla mübahisəli ərazi olan Cammu və Kəşmirə xüsusi status verilməsi maddəsini ləğv edib. Federal hökumətin təşəbbüsü ilə Cammu və Kəşmirin yerinə ştatdan az səlahiyyətləri olan iki ittifaq ərazisinin yaradılması nəzərdə tutulur. Bu təşəbbüs Hindistan parlamenti tərəfindən də dəstəklənib. Bundan sonra Pakistan ilə münasibətlər daha da gərginləşib.

 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

 

12 2019 10:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə