Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Türkiyə hərbçiləri Suriyada təhlükəsizlik zonası yaradılmasını müzakirə ediblər

ABŞ və Türkiyə hərbçiləri Suriyada təhlükəsizlik zonası yaradılmasını müzakirə ediblər

ABŞ Silahlı Qüvvələri komandanının müavini Stiven Tvitti və Mərkəzi Komandanlığın başçısının köməkçisi Tomas B.Berqyuson Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsini müzakirə ediblər. Məlumatı “Anadolu” yayıb. 

Türkiyə Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Amerika nümayəndə heyəti ilə danışıqlar dünən də davam etdirilib. 
Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın isə bəyan edib ki, əgər ABŞ Fərat çayının şərqində təhlükəsizlik zonasının yaradılması prosesini pozmağa çalışarsa, ölkəsi Suriyanın şimalında belə bir zonanı müstəqil şəkildə yarada bilər: “Əgər məlum olsa ki, vaxt uzadılması və terror təşkilatı üçün 10, 20, yaxud 30 kilometrlik təhlükəsizlik zonasının formalaşdırılması istiqamətində taktikadan istifadə edilir, o zaman bilsinlər ki, belə bir təhlükəsizlik zonasını faktiki olaraq yaratmaq üçün Türkiyənin imkanları və vasitələri var”. 
Kalın deyib ki, ölkəsi ABŞ-dan aldığı informasiyalar əsasında zonanın tam təhlükəsiz olduğuna inana bilmir: “Bu məlumatlar bizim mənbələr tərəfindən də təsdiq edilməlidir”. Mətbuat katibinin sözlərinə görə, Türkiyə Münbiçdə olduğu kimi, diqqətin yayındırılmasına və məqsəddən geri çəkilməyə yol verməyəcək. 
Suriyanın İdlib əyalətindəki vəziyyəti şərh edən Kalın bildirib ki, rəsmi Ankara yeni qaçqın ­axınını qarşılaya bilməyəcək: “Əgər beynəlxalq təşkilatlar İdlibdən yeni qaçqın dalğasının qarşısını almaq istəyirsə, üzərinə düşən siyasi, humanitar və maliyyə öhdəliklərini yerinə yetirməlidir. Əks halda gözləməsinlər ki, Türkiyə təkbaşına bu məsuliyyəti boynuna götürəcək”. 
Kalın ölkəsinin beşinci nəsil “F-35” qırıcılarının istehsalı proqramında iştirakı barədə deyib ki, Ankara bundan imtina etməyib. “Türkiyəni proqramdan çıxarmaq asan deyil. İnanırıq ki, bu böhran da aradan qalxacaq”. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

12 2019 10:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə