Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seul Yaponiyadan şikayət verib

Seul Yaponiyadan şikayət verib

Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyi Yaponiyadan Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edib.
Şikayətdə bildirilir ki, 2020-ci ildə Yaponiyada keçiriləcək Yay Olimpiya Oyunlarına Yaponiya imperator bayrağı ilə çıxmasın. Çünki “Günəşin çıxmasını” əks etdirən bu bayraq Asiyanın rəmzini yox, Avropa nasistlərinin simvolunu əks etdirir.
Cənubi Koreya bayrağın tarixi haqqında da BOK-a hərtərəfli məlumat verib.
Qeyd edək ki, bu bayraq Yaponiyada 1850-ci ildə qəbul edilib və bu bayraq altında Asiya ölkələri işğal edilib.
Xatırladaq ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək Yaponiyada Yay Olimpiya Oyunları keçiriləcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

 

12 2019 10:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə