Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Andrey Zaqorodnyuk Ukraynanın hərbi siyasətinin prioritetlərini açıqlayıb

Andrey Zaqorodnyuk Ukraynanın hərbi siyasətinin prioritetlərini açıqlayıb

UNİAN agentliyinin məlumatına görə, Ukraynanın müdafiə naziri Andrey Zaqorodnyuk Ukrayna Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin İslahatlar Komitəsinin yüksək səviyyəli strateji müşavirləri ilə görüşüb.

Nazir görüşdə Ukraynanın hərbi siyasətinin prioritetlərini səsləndirib.

“Mən daim Ukrayna Prezidenti ilə görüşürəm, bu yaxınlarda Baş Nazirlə görüşmüşəm. Biz görüşlərdə Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi üçün vacib addımları müzakirə edirik. Bundan əlavə, parlament bizi tam dəstəkləyir. O, indi bizim təşəbbüslərimizi qanunvericilik səviyyəsində dəstəkləməyə hazırdır”, - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Ukraynanın strateji dövlət prioritetləri dəyişməz qalır: "Bunlar Avropaya və Avratlantik məkana inteqrasiyadır. Dövlətin hərbi siyasəti məhz bu baza prinsiplərinə əsaslanacaq. NATO standartları və onların bütün sahələrə yeridilməsi növbəti prioritetdir. Orduda korrupsiyaya sıfır tolerantlıq daha bir mühüm prioritetdir".

 

E.ABBASOV,
“Xalq qəzeti”

11 2019 16:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə