Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Ali Neft Məktəbinə daxil olan əkiz qardaşlar

Bakı Ali Neft Məktəbinə daxil olan əkiz qardaşlar

Ali məktəblərə builki qəbul imtahanlarında 679 bal toplayan  Rəşad və 663 bal yığan Rəşid Azadlı qardaşları Bakı Ali Neft Məktəbində oxumağı qərara alıblar  və neft-qaz mühəndisliyi ixtisasını seçiblər. Əkizlər BANM-da eyni ixtisas üzrə olmaqla  yanaşı, həm də eyni qrupda təhsil alacaqlar.

Qardaşlar mediaya açıqlarında bildiriblər ki, onların neft-qaz sənayesinə maraqları atalarının uzun illər ARDNŞ-in Qaz İxrac İdarəsində işləməsi ilə bağlı yaranıb. Ata-anaları onların ixtisas seçimlərinə qarışmasalar da övladlarının seçdikləri ixtisas üzrə Bakı Ali Neft Məktəbində peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər.

Rəşad deyib ki, əkiz olduqları üçün maraq dairələri də eynidir. Hər ikisi tennis oynamağı da çox sevir. Rəşad I ixtisas qrupu  üzrə ən yüksək nəticə göstərən Prezident təqaüdçülərindən biri olub. Qardaşlar Bakı şəhəri 147 saylı texniki humanitar liseyin məzunudurlar.

 

R.TAHİR,
“Xalq qəzeti”

11 2019 15:00 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə