Ən son xəbərlər
Avro-2020 seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya oyununu izləyənlər arasında “Trabzonspor”un skautları da olub.
“Trabzonspor” klubunun nümayəndələri "Baksell Arena"da keçirilən görüşdə yığmamızın və "Qarabağ"ın hücumçusu Mahir Əmrəlinin oyununu bəyəniblər.
“Trabzonspor”un skautları baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtardıqlarını bildiriblər.
Bundan öncə də Türkiyə mətbuatında “Trabzonspor”un Mahir Əmrəli ilə maraqlandığı haqqında məlumatlar yer almışdı.
Qeyd edək ki, Azərbaycan – Xorvatiya görüşü 1-1 hesabı ilə nəticələnmişdi.
Elşən AĞALAR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə