Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Məktəblimiz Avropa çempionu oldu

Azərbaycanlı məktəbli Avropa çempionatında qızıl medal qazanıb

Məktəblimiz Avropa çempionu oldu

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 183 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əkbər Əsədov kikboksinq idman növü üzrə Macarıstanda keçirilən Avropa çempionatında bütün rəqiblərini məğlub edərək 1-ci yerə layiq görülüb.

Gənclər və yeniyetmələr arasında kikboksun “WAKO” (World Association of  Kickboxing Organizations) versiyası üzrə keçirilən Avropa çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Əkbər Əsədov yarımfinal və final qarşılaşmalarında rəqibinə nokautla qalib gələrək Avropa çempionu adını qazanıb və qızıl medalla təltif olunub.

İdmançının məşqçi müəllimi əməkdar məşqçi Hakim Hacıyevdir.

Qeyd edək ki, çempionatda 39 ölkədən 1991 idmançı mübarizə aparıb.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

11 2019 15:26 - İDMAN
İDMAN
13 Noyabr 2019 | 00:35
İlin ən yaxşı oyunçusu
8 Noyabr 2019 | 23:15
Benzema Messiyə çatdı
8 Noyabr 2019 | 00:53
Ronaldo Maldiniyə çatdı
6 Noyabr 2019 | 22:52
Salah üçün 130 milyon avro

Köhnə versiyamızdan xəbərləri izlə