Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya teatrları Bakıya yığışacaq

Dünya teatrları Bakıya yığışacaq

“Bakcell”in baş sponsoru olduğu teatr festivalı dünya mədəniyyəti ilə yaxından tanış olmaq imkanlarımızı genişləndirir

Bu il oktyabrın 10-dan 20-nə qədər Bakıda YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə M.A.P (Music, Art and Performance) adlı üçüncü teatr festivalı keçiriləcək. Bu festivalı keçirməkdə əsas məqsədlərdən biri teatr sənətinin müxtəlif üslublarını özündə birləşdirən ünsiyyət, mədəniyyət, bilik və təcrübədən faydalanmaqdır. M.A.P festivalı hər zaman gənc sənət adamlarını bir araya gətirir. Festivalın repertuarında rəngarəng tamaşalar yer alır.

Festivalda dünyaca məşhur bir çox teatrlar - "Vaxtanqov”, "Kukolnıy dom”, "Yeni Riqa”, "Sardegna”, "Atelye”, "Vanya”, "WHS” teatrları, "OLE!” rəqs qrupu, "Kibbutz” müasir rəqs şirkəti, "Recircuel” şirkəti yerli teatrlarımızın səhnəsində öz məharətlərini tamaşaçılara nümayiş etdirəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

11 2019 12:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə