Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hemofiliyadan əziyyət çəkənlər üçün yeni müalicə üsulu

Hemofiliyadan əziyyət çəkənlər üçün yeni müalicə üsulu

Respublika Elmi-Praktiki Hemofiliya Mərkəzinin direktoru Elmira Qədimova deyir ki, mərkəzə müraciət edən pasiyentlərin 10-dan 8-i məhz oynaq ağrılarından əziyyət çəkir. Daha çox kişilərdə rast gəlinən qan xəstəliyi uşağa anadan keçir. Təkcə cari ildə mərkəzdə qeydiyyata alınan 28 xəstədən 17-si 1-15 yaş arası uşaqlardır.

E.Qədimova deyir: " Xəstələrdən1200-ə qədəri hemofiliya A-dır. Yəni, bu xəstələrin qanında 8-ci faktor normadan qat-qat aşağıdır. 100-dən çoxu hemofiliya B-dir. Qeyri -faktorların çatışmazlığı ilə 112 nəfər xəstəmiz qeydiyyatdadır. Bu xəstələrə isti hamamda çox çimmək, gün altında gəzmək, iti kəsici alətlərdən istifadə etmək, qandurulducu dərmanlar olmaz".

Həkim bildirir ki, mərkəzə müraciətlər əsasən Bakı və Sumqayıtdan olur. Bu hal qohum evliliklər arasında daha çox yayılır. Hemofiliyalı xəstələr 2005-ci ildən bəri dövlət hesabına müalicə olunurlar. İndi isə hemofiliyadan əziyyət çəkənlərin Naftalan neftindən faydalana biləcəyi aşkar edilib.

Hemofiliyalı Xəstələrin Respublika Assosasiyasının rəhbəri Gülnarə Hüseynova deyir: "Artıq bu neftlə müalicə elmi təsdiqini tapıb. Bu həftə ərzində müvafiq dövlət strukturlarına təklif edəcəyik ki, xəstələrimizin Naftalan nefti ilə müalicəsi üçün göndərişlər olsun".

Mütəxəssislər bu metodun tətbiqinə olduqca ehtiyatlı yanaşmaq lazım olduğunu deyirlər.  E.Qədimova bildirir: "Bu xəstələrlə ehtiyatlı olmaq lazımdır, çünki damarlar genişlənir. Bu zaman burun qanaxmaları ola bilər. Mədə - bağırsaq qanaxması açıla bilər. Diqqətli olmaqda fayda var. Travmatoloqlarla, fizoterapevtlərlə, hermotoloqlarla oturub bu məsələni müzakirə etmək lazımdır. Biz xəstəni yollayarıq, lakin oradakı mütəxəssislər bilməz, xəstəmizi Naftalan vannasına, 30 dərəcə yüksək temperatura salar. Nəticədə oynağı şişər və ya digər fəsadlar ortaya çıxar".

Bu metodun xəstələrə tətbiqi üçün Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası müraciət hazırlayıb. Müraciətin yaxın günlərdə aiddiyatı qurumlara ünvanlanacağı gözlənilir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

11 2019 11:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə