Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
№ 392       Bakı şəhəri, 6 sentyabr 2019-cu il
 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbayсan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 04 may tarixli 204-17 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli 204-17 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 11 aprel tarixli 155-5 nömrəli və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 26 yanvar tarixli 17-3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1258 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
1. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin (aparat) dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (2 nömrəli əlavə). 
3. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin tabeliyində olan qurumlarda çalışan dövlət qulluqçusu olmayan mülki işçilərin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” təsdiq edilsin (3 nömrəli əlavə).
4. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının məbləğləri” təsdiq edilsin (4 nömrəli əlavə).
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin dövlət büdcəsindən maliyyələşən qurumlarının hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2019-cu ilin dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirsin.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, bu Qərarın əlavəsində nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə (tarif) maaşlarını müəyyən etsin. 
7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq vəzifə (tarif) maaşlarının artımı ilə əlaqədar olaraq bu Qərarın 1-ci hissəsində göstərilən hərbi qulluqçuların əmək pensiyalarının qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanunu ilə bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etsin. 
8. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli 204-17 nömrəli Qərarının 1-ci, 2-ci, 3-cü hissələri ləğv edilsin.
9. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 04 may tarixli 204-17 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 aprel tarixli 155-5 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.
10. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 26 yanvar tarixli 17-3 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilsin.
11. Bu Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə