Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin və mühafizə alayının tibbi sanitar hissələrində cari təmir işlərinin satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi  penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin və mühafizə alayının tibbi sanitar hissələrində cari təmir işlərinin satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Cari təmir işlərinin satın alınması. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvanlarda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən (əlaqələndirici şəxs – Əliyev Emin İman oğlundan, telefon- 012-493-36-32 ) ala bilərlər.
 İştirak haqqı 100 manatdır.
İddiaçılar iştirak haqqını aşağdakı hesaba köçürməlidirlər.
Təşkilatın adı- 9 Saylı Xəzinə İdarəsi
Hh-AZ31CTRE00000000000002478301
VÖEN-1400421021
Bank- DXA
Kod-210005
M/h-AZ41NABZ01360100000000003944
SWIFT-CTREAZ22
Büdcə təsnifat kodu-142340 
Büdcə səviyyə kodu-7 ƏN-nin Tibb Baş İdarəsi
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır). 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 oktyabr 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 14 oktyabr 2019-cu il saat 18.00-a qədər, Bakı şəhəri, Ceyhun Hacıbəyli küçəsi 16 və 18 nömrəli ünvanlarda ƏN Tibb Baş İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 15 oktyabr 2019-cu il saat 11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

11 2019 10:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə