Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Elektron xidmətlər portalına texniki dəstək göstərilməsi xidmətinin satın alınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Elektron xidmətlər portalına texniki dəstək göstərilməsi xidmətinin satın alınması üçün KOTİROVKA SORĞUSU ELAN EDİR

Xidmət göstərilməsinin ümumi müddəti 12 (on iki) ay olmaqla Azərbaycan dilində tərtib edilmiş kotirovka sorğusuna aid şərtlər toplusunda göstərilən cədvələ uyğun xidmət göstərilməsinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər əsas şərtlər toplusunu Bakı şəhəri, Bülbül prospekti  27 nömrəli ünvandan – Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasından əldə edə bilərlər (əlaqələndirici şəxs – Ələmqulu Quliyev. [email protected] telefon- (+99412) 493-50-58/346; Faks: +99412 498-12-14). İddiaçılar imzalanıb  möhürlənmiş kotirovka təkliflərini (əlavə olaraq qiymət cədvəli və şərtlər toplusunda göstərilən sənədlər) 16 sentyabr  2019-cu il saat 17.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. 
Kotirovka sorğusu proseduru Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasının 3-cü mərtəbəsində 17 sentyabr 2019-cu il saat 11.00-da başlanacaqdır. Kotirovka sorğusunda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsi və digər müddəaları ilə müəyyənləşdirilmiş bütün meyarlara cavab verən iştirakçılardan ən aşağı qiymət təqdim etmiş malgöndərən qalib hesab olunacaqdır. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. 

11 2019 10:43 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Sentyabr 2019 | 11:05
B i l d i r i ş
20 Sentyabr 2019 | 11:04
B i l d i r i ş
20 Sentyabr 2019 | 11:04
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə