Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birjalarda neftin qiyməti artmaqda davam edir

Birjalarda neftin qiyməti artmaqda davam edir

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 0,5 faiz artaraq bir bareli 63,12 dollar olub. 
Sonuncu dəfə bu göstərici bu ilin avqust ayında qeydə alınıb. Nyu-York  Əmtəə Birjasının məlumatına görə, ABŞ-ın Texas sortu adlandırılan “WTI” markalı neftinin qiyməti 0,4 faiz artaraq bir bareli 56,80, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 0,7 faiz artaraq bir bareli 65,20 dollar olub.
“Bloomberg”in məlumatına görə, Səudiyyə Ərəbistanının Kralı ölkənin energetika naziri Xalid ­Əl-Falihi vəzifəsindən azad edib. Məsələ burasındadır ki, Krallığın ehtimalına görə dünya bazarında “qara qızıl”ın bir bareli 80 dollar olmalı idi. Xalid Əl-Falihin yerinə şahzadə Abduləziz energetika naziri təyin edilib.
Ekspertlər bildiriblər ki, neftin qiyməti artmaqda davam edəcək. OPEC+ ölkələri “qara qızıl”ın qiymətini sabitləşdirmək üçün əllərindən gələni edirlər.

 

Qəzənfər QASIMOV, 
“Xalq qəzeti”

 

11 2019 10:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə