Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ticarət sazişi Nyu-Yorkda imzalana bilər

Ticarət sazişi Nyu-Yorkda imzalana bilər

Birləşmiş Ştatlarla Yaponiya arasında ticarət sazişi sentyabrın sonlarında Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisinin sessiyası zamanı imzalana bilər. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Mənbə qeyd edir ki, bu, ötən ay Yaponiyanın Baş naziri Sindzo Abe ilə ABŞ Prezidenti Donald Tramp arasında mal əti, sənaye məhsulları və digər sahələrlə əlaqədar əldə olunan geniş razılaşmada öz əksini tapıb.
Yeri gəlmişkən, ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu günlərdə Ağ evdə jurnalistlərə açıqlamasında danışıqların uğurlu keçdiyini və razılaşmanın yaxın zamanlarda imzalanacağını bildirib.
Eyni zamanda, ABŞ-ın dövlət katibi Mayk Pompeo da “Twitter” səhifəsində məhz D.Trampın səyləri nəticəsində Yaponiya ilə kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və sənaye məsələləri ilə bağlı konsensusun əldə edildiyini yazıb.
M.Pompeo qeyd edib ki, o, danışıqların BMT Baş Məclisi zamanı başa çatmasını səbirsizliklə gözləyir.
Bununla yanaşı, D.Trampın gələcəkdə Yaponiyadan avtomobillərin idxalına daha yüksək tariflər tətbiq etmək üçün imkan saxladığı da qeyd edilir.

 

Mahmud QƏRİBOV, 
“Xalq qəzeti”

 

11 2019 10:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə