Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp: Əfqanıstandan çıxmaq istəyirik...

Amma bunu müvafiq vaxtda edəcəyik

Donald Tramp: Əfqanıstandan çıxmaq istəyirik...

ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı “Taliban” hərəkatı ilə danışıqların dayandırıldığını bildirib. Bu barədə “The New York Times” məlumat yayıb. 

– Mənim başa düşdüyümə görə, bunlar ölü danışıqlar idi, – deyə dövlət başçısı bəyan edib. – Buna baxmayaraq, Vaşinqton öz qoşunlarını Əfqanıstandan çıxarmaq istəyir və yerli hökumət “ən yaxın zamanlarda” ölkənin təhlükəsizliyi ilə bağlı “məsuliyyəti üzərinə götürməyə hazır olmalıdır. 
– Bizim əsgərlər cəsurdurlar, amma onlar əslində polis işi görürlər, – deyə Tramp əlavə edib. – Biz bu ölkədən çıxmaq istəyirik, ancaq bunu müvafiq vaxtda edəcəyik. 
Qəzetin yazdığına görə, indi aydın deyil ki, ABŞ Prezidentinin qəzəbli bəyanatı taliblərlə danışıqların tamamilə dayandırılması deməkdir, ya yox. Bir qədər əvvəl Rusiya XİN də bildirmişdi ki, danışıqların dayandırılması vəziyyətə mənfi təsir edə, emosiyaların artması hərbi qarşıdurmalara gətirib çıxara bilər. 
Xatırladaq ki, Tramp sentyabrın 8-də Kabildə baş vermiş terror aktı ilə əlaqədar “Taliban”la və Prezident Əşrəf Qəni Əhmədzay ilə danışıqların dayandırıldığını elan etmişdi. Son aylar ərzində ABŞ tərəfinin apardığı danışıqlar atəşin dayandırılmasını və xarici qoşunların Əfqanıstandan çıxarılmasını nəzərdə tuturdu. Əgər bununla bağlı müqavilə taliblərlə razılaşdırılsaydı, Amerika qoşunları sənədin imzalanmasından sonra 135 gün ərzində ölkədən çıxarılmalı idi.
Qeyd edək ki, “Taliban” Əfqanıstanda 1996-2001-ci illərdə hakimiyyətdə olub, devrildikdən sonra isə Əfqanıstan və Pakistanda hökumət qoşunlarına və NATO qüvvələrinə qarşı partizan müharibəsi aparıb. Hazırda hökumət taliblərlə siyasi kompromis əldə etməyə çalışır. 

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

11 2019 10:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə