Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell” “ITU Telecom World 2019” beynəlxalq sərgisində

“Azercell” “ITU Telecom World 2019” beynəlxalq sərgisində

“Azercell Telekom” MMC informasiya – kommunikasiya texnologiyaları sahəsində ilin ən mühüm hadisələrindən biri sayılan “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransında iştirak edir. Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən sərgi İKT sahəsində innovasiyaların daha sürətli tətbiqi üçün mövcud imkanları nümayiş etdirir. 
Sərgidə Azərbaycan milli pavilyonu təşkil edilib.  Pavilyonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla  birlikdə “Azercell” şirkəti də ölkəmizi təmsil edir. “Azercell” sərgi iştirakçılarını özünün yeni brend kimliyi və rəqəmsallaşma strategiyası, 4G şəbəkəsinin ölkə boyu sürətlə genişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də, biznes qurumlar və fərdi istifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ xidmətləri ilə tanış edir. 
Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir “Birlikdə innovasiyalar gətirərək: Əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilən sərgidə İT sahəsinin innovativ inkişaf təşəbbüsləri nümayiş etdirilir, tərəfdaşlıq və investisiya imkanları təqdim edilir. Burada dünyanın müxtəlif ölkələrinin və regionlarının təqdim etdiyi İKT texnologiyaları, layihələri və məhsulları ilə tanış olmaq mümkündür. 

 

“Xalq qəzeti” 

11 2019 10:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə