Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Kənd təsərrüfatı üzrə Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib

Kənd təsərrüfatı üzrə Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirə olunub.

Mərkəzin mətbuat xidmətindən bildirilib ki, iclasda icraçı qurumların fəaliyyətinin əlaqləndirilməsi, monitorinq, qiymətləndirmə sahəsində izahat və qarşıda duran tapşırıqların uğurla həyata keçirilməsi məsələlərinə toxunulub.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 9 strateji hədəf və 36 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflər ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün institutsional potensialın gücləndirilməsi, maliyyəyə çıxışın asanlaşdırılması, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı, kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişafı, kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi və digər tədbirlərdən ibarət olub.

O deyib ki, ötən illərdə bu istiqamətdə mühüm irəliləyişlərə nail olunub və zəruri addımlar atılıb. Prezident İlham Əliyevin apardığı iqtisadi islahatların nəticəsi olaraq keçən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilk 7 ayında kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb. Bundan başqa, ölkədə 643 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir. Həmçinin tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyvəçilik sahələri üzrə də məhsuldarlıqda əsaslı artımlara nail olunub. Ümumiyyətlə isə cari ilin yanvar-iyun aylarında yaşıl çay yarpağı istisna olmaqla, ölkədə bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb. Altı ayda 411,8 milyon dollarlıq kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27,9 faiz artım deməkdir.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

10 2019 17:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə