Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Salyanın təsərrüfatlarından indiyədək 24 min 199 ton xiyar-pomidor yığılıb

Salyanın təsərrüfatlarından indiyədək 24 min 199 ton xiyar-pomidor yığılıb

Salyanda bu mövsüm 1447,7 hektar sahədə tərəvəz əkilib ki, bunun da 888 hektarı xiyar-pomidor sahəsidir. Əkin sahələrində nümunəvi becərmə işləri aparıldığı üçün məhsul ötən ildəkindən çox olub.

Rayon Statistika İdarəsindən bildiriblər ki, bu mövsüm salyanlı əkinçilər 888 hektar sahədə xiyar-pomidor bitkisi becəriblər. Məhsul yığımına vaxtında başlayan torpaq sahibləri 355 hektar xiyar, 533 hektar pomidor sahəsindən 8 ay ərzində, ümumilikdə, 24 min 199 ton məhsul toplayıblar ki, bunun da 4 min 267 tonunu xiyar, 19 min 932 tonu isə pomidor təşkil edir. Hələ sahələrdə yığılmamış məhsul çoxdur. Mütəxəssislərin hesablamalarına görə, bundan sonra sahələrdən daha 80 tondan çox məhsul toplamaq mümkün olacaq.

Qeyd edək ki, tədarük olunan xiyarın 864,5 tonu, pomidorun isə 14 min 819 tonu rayonda mövcud olan 473 istixana kompleksində, qalanı isə açıq havada becərilən sahələrdən yığılıb.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

10 2019 14:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə