Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlıda heyvandarlıq məhsullarının istehsalı artıb

Saatlıda heyvandarlıq məhsullarının istehsalı artıb

Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.

Rayon Statistika İdarəsindən bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 714 baş iribuynuzlu mal-qara, 116 min 250 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə, 999 baş çoxdur. Naxırda ana inək və camışların sayı 32 min 321 başa çatıb. Cari ilin 8 ayı ərzində heyvandarlıq təsərrüfatlarında 5 min 109,4 ton ət (diri çəkidə), 28 min 547,4 ton süd, 154,7 ton yun, 9 milyon 610 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 3,4 ton, süddən 4,4 ton, yundan 13,8 ton, yumurtadan isə 1 milyon 390 min ədəd çoxdur.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

10 2019 14:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə