Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Belə bir festivalda iştirak etməkdən məmnun qaldım

Belə bir festivalda iştirak etməkdən məmnun qaldım

“Azərbaycana ikinci dəfədir səfər edirəm. Ötən ilin noyabrında da olkənizdə olmuşam. Şadam ki, builki konsertlərimdən biri gözəl Qəbələ şəhərində təşkil edilib. Bu şəhər haqqında çox eşitmişəm. Bilirəm ki, hər il burada möhtəşəm beynəlxalq musiqi festivalı keçirilir. Bura dünyanın bir çox ölkələrindən məşhur orkestrlər, musiqiçilər gəlirlər.” Bu sözləri meksikalı pianoçu Xesus Lepe Qəbələdə olarkən deyib.

Yüksək musiqi duyumu olan belə bir auditoriya qarşısında çıxış etməkdən məmnun qaldığını vurğulayan pianoçu tamaşaçıların musiqiyə münasibətinin, sevgisinin onda xoş təəssürat yaratdığını bildirib.

Azərbaycan bəstəkarlarından Qara Qarayevin yaradıcılığı ilə maraqlandığını deyən Xesus Lepe bəstəkarın “Yeddi gözəl” əsərinin çox xoşuna gəldiyini və hər dəfə bu əsərə həvəslə qulaq asdığını söyləyib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

10 2019 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Oktyabr 2019 | 17:17
Honqkonqda Ukrayna elementi
19 Oktyabr 2019 | 12:11
Azərbaycan Bayrağı

Köhnə versiyamızdan xəbərləri izlə