Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU tələbəsi Luisvill Universitetinin Externship in Graduate Periodontics proqramını uğurla bitirib

ATU tələbəsi Luisvill Universitetinin Externship in Graduate Periodontics proqramını uğurla bitirib

Azərbaycan Tibb Universitetinin tələbəsi ilk dəfə olaraq ABŞ-ın Luisvill Universitetinin (University of Louisville School of Dentistry) proqramına qəbul olub. İlk dəfədir ki, bu proqrama hələ təhsilini bitirməyən tələbəni qəbul ediblər.

ATU-nun stomatologiya fakültəsinin 4-cü kurs tələbəsi Can Barut Asaf Gürhan oğlu avqustun 9-22 tarixlərində “Externship in Graduate Periodontics” proqramında iştirak edib. Onun sözlərinə görə, Luisvill Universitetinin tarixində ilk dəfə olaraq Externship in Graduate Periodontics proqramına stomatologiya üzrə tələbə qəbul olunub.

“Amerika və Kanadada externship proqramı mini rezidentura kimi qəbul edilir. Normal halda bu proqramı keçmək üçün universiteti bitirmək lazımdır ki, əməliyyatlarda iştirak etməyə icazə verilsin. Tələbələr isə adətən observership proqramına qəbul olunurlar. Bu zaman tələbə əməliyyatlara sadəcə kənardan müşahidə edir. Lakin nadir hallarda tələbənin proqrama olan marağı, elmi bilik səviyyəsi, ingilis dil bacarıqları və digər şərtlər nəzərə alınaraq externship proqramında iştiraka icazə verilir. Azərbaycanda oxuyan türk tələbəsi kimi Azərbaycan bayrağını Luisvill Uuniversitetində asmaq, Azərbaycanı və Tibb Universitetini tanıtmaq çox qürurverici idi”.

C.Barut deyir ki, bu proqramda Meksika, İtaliya, İspaniya, Kanada, ABŞ-dan həkimlərlə yanaşı olub. Externship Professor Henri Qrinvilin (Henry Greenwell) rəhbərliyi altında keçirilib. Qeyd edək ki, Louisvill Universitetinin Stomatologiya fakültəsinin Paradontologiya sahəsində rezidentura şöbəsinin müdiri Professor H.Qrinvil Amerikan Paradontologiya Təşkilatının ömürlük fəxri üzvüdür.

ATU tələbəsinin uğurları Externship in Graduate Periodontics Proqramının direktoru tərəfindən yüksək qiymətləndirilib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

10 2019 11:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə