Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı keçiriləcək

Bakıda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı keçiriləcək

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi, Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə sentyabrın 26-da Bakıdakı Yunus Əmrə İnstitutunda XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı keçiriləcək. Bu barədə XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi Rasim Özyürək bildirib.

Qurultayın Təşkilat Komitəsinin rəhbəri, Bilkənd Universitetinin bölgə ölkələri kurs proqramlarının direktoru R.Qaracanın sözlərinə görə, tTürk Dili Qurultayı və 87-ci türk dili bayramına  həm ölkəmizdən, həm də xaricdən 120 elm adamının, azərbaycanlı müəllim və tələbələrin, türk dilini sevənlərin iştirakı nəzərdə tutulur. O vurğulayıb ki, XIV Beynəlxalq Böyük Türk Dili Təşkilatı Komitəsinin rəhbəri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin baş katibi, Bilkənd Universitetinin heyət sədri İhsan Doğramacı böyük bir elm adamı kimi daim türk dilinin yaşadılması, saflaşdırılması uğrunda mühüm işlər görüb.

Qeyd edək ki,  XIV Beynəlxalq Böyük Türk Dili Qurultayı iki gün davam edəcək.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

10 2019 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
12 Oktyabr 2019 | 15:56
Həftəsonu neftin qiyməti
12 Oktyabr 2019 | 15:54
Yaponiyada kütləvi evakuasiya
12 Oktyabr 2019 | 15:51
Qırmızı yağış

Köhnə versiyamızdan xəbərləri izlə