Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Monrealda milli-mədəni dəyərlərimiz təbliğ olunub

Monrealda milli-mədəni dəyərlərimiz təbliğ olunub

Kanadanın Kvebek vilayətinin Monreal şəhərində keçirilən 4 günlük festivala "Monreal Kanada-Azərbaycan Cəmiyyəti” də qatılıb. Əsasən Şərq ölkələrinin iştirak etdiyi festivalda hər xalq öz mədəniyyətini, musiqisini nümayiş etdirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, cəmiyyətin rəhbəri Rəna Müslümova bildirib ki, bu festivala qatılmalarının əsas səbəbi Vətənimizi daha yaxşı tanıtmaq, onu tərənnüm etmək olub: ”Hər bir ölkə üçün ayrılan tanıtım çadırlarında şəkillər, suvenirlər, milli alətlər və sair əşyalar, süvenirlər nümayiş olunurdu. Mən də qərara gəldim ki, Azərbaycanı tanımayan insanlara ölkəmizi təqdim edək. Monrealda yaşayan diaspor fəallarımızla birlikdə 3 ildir ki, Azərbaycanı təmsil edib, milli-mədəni irsimizi təqdim edirik".

Cəmiyyətin könüllüləri tanıtım çadırına yaxınlaşan yerli insanlara ölkəmiz, mədəni və tarixi dəyərlərimiz haqqında ingilis və fransız dillərində məlumatlar verməklə, onlara bu bilgilərin əks olunduğu kitabçalar təqdim ediblər.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

10 2019 11:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə