Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır

Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” və onun nəticələrini tanımır

Gürcüstan Xarici İşlər Nazirliyi işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qondarma “yerli özünüidarəetmə orqanlarına” keçirilən “seçkilər” ilə bağlı bəyanat yayıb.
Bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyinin saytında rəsmi məlumat yerləşdirilib.
Bəyanatda deyilir ki, Gürcüstan Azərbaycan Respublikasının suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tanıyır. Eyni zamanda, Gürcüstan işğal olunmuş Dağlıq Qarabağda 2019-cu il sentyabrın 8-də keçirilən “yerli özünüidarəetmə orqanlarına seçkiləri” və onun nəticələrini tanımır. 
Gürcüstan XİN münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında, beynəlxalq ictimaiyyətin iştirakı ilə həllinə tərəfdardır. 

 

Xətayi Əzizov, 
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

9 2019 23:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə