Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş

Sentyabrın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Ağcabədi şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub. 
Olimpiya İdman Kompleksində keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. YAP siyasi şurasının üzvü, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı, Şahin Məmmədov tədbiri açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, Ağcabədi rayonunun 136 min nəfər əhalisinin 37 min 700 nəfərini 14-29 yaşlı gənclər təşkil edir. YAP Ağcabədi rayonunun 15 min 600 nəfər üzvündən 6465 nəfəri gəncdir. Dövlət başçısının regionların inkişafına göstərdiyi diqqət və qayğısı nəticəsində Ağcabədi rayonunda da geniş tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, rayon iqtisadiyyatı və aqrar sahə inkişaf etdirilir. Ağcabədili gənclər rayonun inkişafında, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirak edirlər.
Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə əldə edilən uğurlardan danışıb. Baş Nazirin müavini bildirib ki, ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir. Sabitlik, əmin-amanlıq hər bir ailədə, hər bir valideyndə öz uşaqlarının gələcəyi üçün arxayınçılıq yaradır. Dövlət özünün ən müqəddəs vəzifələrindən olan insanların təhlükəsizliyini qətiyyətlə təmin edir. Vətəndaşların rifahı, xoşbəxt gələcəyi üçün imkan və şərait yaradılır. Məktəblər, uşaq bağçaları, xəstəxanalar inşa olunur. Vaxtilə insanları narahat edən problemlər aradan qaldırılır. 
Ə.Əhmədov qeyd edib ki, ölkəmizdə gənclər üçün hər cür şərait yaradılıb. Gənclərimiz xoşbəxtdirlər ki, Azərbaycanın bu gözəl dövründə böyüyür, təhsil alır, ölkəmizin tərəqqisində və inkişafında öz xidmətlərini göstərirlər. Gənclər dövlətimizi sevməli, onun yolunda mübariz olmalıdırlar. 
Milli Məclisin deputatı Tahir Rzayev çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, gənclərin dövlətə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətə həmişə sədaqətli olmalarından danışıb, onlara uğurlar arzulayıb.
Sonra idmançılar öz məharətlərini göstəriblər.
Tədbir konsert proqramı ilə başa çatıb. 

 

AZƏRTAC

9 2019 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Sentyabr 2019 | 23:32
Şəhidlərin xatirəsinə ehtiram

Köhnə versiyamızdan xəbərləri izlə