Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır

Azərbaycan Ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır

Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ağcabədi rayonu ərazisindəki N saylı hərbi hissədə əsgər və zabitlərlə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Tahir Rzayev, Rauf Əliyev, Ağcabədi və Laçın Rayon İcra hakimiyyətlərinin başçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsgər və zabitlər qarşısında çıxış edən Baş Nazirin müavini Əli Əhmədov Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyətdən, silahlı qüvvələrə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib. 
“Ordumuzun gücü təkcə onun malik olduğu silahlarda, hərbi sursatlarda deyil. Ordumuzun daha möhtəşəm güc mənbəyi əsgərlərimizin qəhrəmanlığında, yüksək döyüş ruhunda olmasındadır. Azərbaycan xalqı, dövləti daim öz əsgərinin ­yanındadır. Biz ordumuzla qürur duyur, fəxr edirik. Əminik ki, silahlı qüvvələrimiz Vətənimizin müstəqilliyinin və dövlətçiliyimizin keşiyində əzmlə dayanıb. Azərbaycan Ordusu qarşıya qoyulan istənilən hərbi vəzifəni yerinə yetirməyə hazırdır. Biz dövlətimizin, xalqımızın və ordumuzun iradəsini birləşdirərək, torpaqlarımızı işğaldan azad etmək kimi şanlı vəzifəni yerinə yetirməyə nail olacağıq”, - deyə Ə.Əhmədov söyləyib. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesindən də bəhs edən Baş Nazirin müavini deyib: “Azərbaycan münaqişənin qan tökülmədən həllinə çalışır və danışıqlar prosesi aparılır. Doğrudur, danışıqlar prosesi uzanır. Biz dəfələrlə bununla bağlı mövqeyimizi ən yüksək səviyyədə ifadə etmişik. Aparılan siyasət ondan ibarətdir ki, qan tökülmədən, itkilərə yol vermədən Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını təmin edək. Azərbaycan tərəfinin qoyduğu yeganə şərt odur ki, işğal olunmuş bütün torpaqlar qeyd-şərtsiz azad edilməlidir. Çünki bu torpaqlar Azərbaycanın torpaqlarıdır. Bütün dünya bu torpaqların Azərbaycan ərazisi olduğunu qəbul edir. Bütün hüquqlar, beynəlxalq normalar Azərbaycanın haqlı mövqeyini nümayiş etdirir. Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından hələ ki, danışıqlar prosesi istədiyimiz nəticəyə gətirib çıxarmayıb. Əgər danışıqlar prosesi biz istədiyimiz nəticəni verməsə, pozulmuş ədalət bərpa olunmasa, Azərbaycanın torpaqları geri qayıtmasa, biz məsələni ordumuzun gücü hesabına həll edəcəyik. Bizim hər birimizin bir müqəddəs vəzifəsi var–işğal altında olan torpaqlarımızın azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıtması, ədalətin bərpa olunması”. 
Birlik komandiri, general-mayor Mais Bərxudarov qeyd edib ki, silahlı qüvvələrə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. Silahlı qüvvələrin təminatı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək olması onu deməyə əsas verir ki, ordumuz düşməni hər an məhv etməyə qadirdir, buna hazırdır.  
Sonra YAP sədrinin müavini-icra katibi Əli Əhmədov və digər qonaqlar hərbi hissənin ərazisində yerləşən əsgər yataqxanası, məişət otağı, yeməkxana, hamam, əşya anbarı və digər xidməti otaqlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, əsgərlərlə birgə nahar ediblər. 
Hərbi hissəyə ideoloji və bədii kitablar hədiyyə olunub. Əsgər və zabitlər üçün konsert proqramı təşkil edilib.

 

9 2019 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə