Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tariximizin xanlıqlar dövründən bəhs edən kitab Moskvada nəşr olunub

Tariximizin xanlıqlar dövründən bəhs edən kitab Moskvada nəşr olunub

Görkəmli Azərbaycan alimi, akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar ­dövrünün siyasi irsi sənədlər işığında” ­kitabı Moskvada nəşr olunub. Kitab Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən nəşrə hazırlanıb.

Tərcümə Mərkəzindən bildirilib ki, kitabda Azərbaycan tarixinin ən ağrılı və həssas mərhələlərindən olan qədim xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətləri üzə çıxarılmaqla  yanaşı, ciddi elmi mübahisələrə səbəb olan bir sıra qaranlıq məqamlara aydınlıq gətirilir, hadisələr və tarixi şəxsiyyətlər elmi faktlar və arxiv sənədləri əsasında işıqlandırılır. 
Əsərin rus dilinə tərcüməçisi Püstə Axundova, mətnlərə dair şərh və qeydlərin müəllifi  siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi  AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayev, redaktorları Nadiyə Qafarova və Fərrux Rzayevdir. 
Kitab tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbədir.

 

AZƏRTAC

 

9 2019 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə