Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın Hüquq və İdarəçilik Akademiyasında təhsil alan azərbaycanlı müdavimlərin dərs proqramı müzakirə edilib

Rusiyanın Hüquq və İdarəçilik Akademiyasında təhsil alan azərbaycanlı müdavimlərin dərs proqramı müzakirə edilib

Rusiya Federasiyasının Ryazan şəhərində Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyasının rəhbərliyinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məsul əməkdaşlarının görüşü olub.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə akademiyada təhsil alan azərbaycanlı müdavimlərin maddi-texniki təminatı, habelə onların dərs proqramları müzakirə edilib. Bununla yanaşı, akademiyada təhsil alan və yeni tədris ili üçün nəzərdə tutulmuş qəbul imtahanlarında uğur qazanmış kursant və dinləyicilərlə görüşlər keçirilib.
Penitensiar Xidmətin əməkdaşları səfər çərçivəsində azərbaycanlı müdavimlərin məişət şəraiti və təhsil prosesi ilə tanış olub, rəhbərliyin tələb və tövsiyələrini onların diqqətinə çatdırıblar.

9 2019 22:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Sentyabr 2019 | 17:40
Özbək muğamı Bakıda
14 Sentyabr 2019 | 17:34
Bakıda unikal sərgi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə