Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Turizm və Menecment Universiteti 2019-cu il noyabrın 22-də müasir dövrdə səmərəli idarəetmənin problemləri mövzusunda 5-ci respublika elmi-praktik konfransı keçirir

Azərbaycan Turizm və Menecment Universiteti  2019-cu il noyabrın 22-də müasir dövrdə səmərəli idarəetmənin problemləri mövzusunda 5-ci respublika elmi-praktik konfransı keçirir

Konfransın keçirilməsində əsas məqsəd müasir dövrdə müxtəlif sahələrin idarə edilməsində yol verilən nöqsanların müəyyənləşdirilməsi və onların aradan qaldırılması yollarının müzakirə edilərək tətbiq üçün qəbulu və yeniliklərin daxil olunması istiqamətində perspektiv imkanların müzakirə edilməsidir. 
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
1. Turizm sektorunda innovasiyalar və onların idarə edilməsi.
2. Dövlətin və bələdiyyənin idarə edilməsi.
3. Sosial-iqtisadi sahələrin idarə edilməsi.
4. Təhsil və mədəniyyətin idarə edilməsi.
5. Biznes mühiti və infrastruktur.
6. İdarəetmədə hüquq problemləri.
7. İdarəetmədə multikultural dəyərlər.
Konfransda iştirak üçün məruzənin mövzusu və müəllif haqqında aşağıda göstərilən məlumatlar daxil edilmiş ərizənin 2019-cu il noyabrın 12-dək təşkilat komitəsinə göndərilməsi mütləqdir:
• Adı, soyadı,atasının adı
• Elmi dərəcəsi
• İş yeri, vəzifəsi
• Poçt ünvanı (iş və ev)
• Telefon, faks ( şəhər kodu göstərilməklə)
• Elektron ünvan
• Məruzənin mövzusu
• İstiqaməti
• Texniki vasitələrdən istifadənin vacibliyi.
Təşkilat komitəsi proqrama uyğun olaraq məruzələrin seçimini və proqrama daxil edilməsi hüququnu öz üzərinə götürür, redaksiya heyəti isə proqramdakı məruzələrin redaktə olunması işini həyata keçirir. Elmi səviyyəsi tələblərə uyğun gəlməyən materiallar məruzə üçün qəbul edilmir.
Konfrans Azərbaycan, rus və ingilis dillərində keçirilir. 
Məqalələrin tərtib olunma qaydaları:
Məqalələr 5 səhifədən çox olmamalı, Azərbaycan, rus və ingilis dillərində təqdim edilməlidir. Məqalədə xülasə və açar sözlərinin hər üç dildə (Azərbaycan, rus və ingilis dillərində) olması vacibdir. İstifadə edilən ədəbiyyatların ­siyahısı, mənbənin adı, çap ­olunduğu məcmuə, nəşr ili və səhifə göstərilməklə kvadrat mötərizə içərisində [6,s.109] şəklində verilir.
Konfrans haqqında məlumat Azərbaycan Turizm və Menecment Universitetinin rəsmi saytında(http:// www.atmu.edu.az) və rəsmi facebook səhifəsində (www.facebook.com/atmu.official/?fref=ts) yerləşdirilmişdir. 
 Məqalə müraciət forması ilə birlikdə elektron şəkildə 2019-cu il sentyabrın 9- dan noyabrın 12-dək [email protected] elektron ünvanına göndərilməlidir.
Sonrakı fəaliyyətlər və təşkilati tədbirlər haqqında əlavə məlumat veriləcək.
Əlaqə telefonu- (012) 5644233 (125).
Ünvan-Bakı, Koroğlu Rəhimov küçəsi 822/23.
Email- [email protected] 

10 2019 02:35 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə