• USD: 1.7000
  • EUR: 1.9245
  • RUB: 0.0252
  • TRY: 0.3109
  • Bakı + 8.7 ° C / 98%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tomas Qreminger: Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə mühüm töhfələr verir

Tomas Qreminger: Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə mühüm töhfələr verir

ATƏT-in baş katibi Tomas Qreminger sentyabrın 12-də ADA Universitetində “ATƏT dialoqun yenilənməsi və inamın bərpa olunması üçün platforma kimi” mövzusunda mühazirə oxuyub.
Əvvəlcə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Tomas Qremingerin fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.
ATƏT-in baş katibi Bakıya səfərindən, ADA Universiteti kimi nüfuzlu təhsil ocağında məruzə ilə çıxış etməkdən məmnunluğunu bildirib. Baş katib qeyd edib ki, Bakıya səfərinin məqsədi Azərbaycanla ATƏT arasında əlaqələrin daha da inkişaf etdirilməsi potensialını araşdırmaqdır. Azərbaycan ATƏT-in fəal üzvüdür, təşkilatın fəaliyyətinə, o cümlədən dialoqun qurulmasına mühüm töhfələr verir. Biz bunu yüksək qiymətləndiririk və hesab edirik ki, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial mövcuddur.
Tomas Qreminger bildirib ki, hazırda dünyada hərbi konfliktlərin mövcud olduğu bölgələrin coğrafiyası genişlənməkdə davam edir. Hər yerdə sülhün bərqərar olması, dialoq platformasının yenilənməsi və inamın bərpa olunması istiqamətində ciddi addımların atılması olduqca vacibdir.
Baş katib Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolu ilə bağlı fikirlərini də bölüşüb. O deyib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri təşkilatın Nazirlər Şurasının Brüsseldə keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Helsinki Yekun Aktının prinsipləri əsasında həlli üçün vasitəçilik missiyasında birgə mövqedən çıxış etdiklərini bir daha təsdiq ediblər. “Biz ATƏT-in Minsk qrupunun Dağlıq ­Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fəaliyyətini dəstəkləyirik”, – deyə Tomas Qreminger bildirib.

AZƏRTAC

12 2018 23:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin