Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu dərs ilində Azərbaycan məktəblərində nə qədər şagird oxuyacaq?

Bu dərs ilində Azərbaycan məktəblərində nə qədər şagird oxuyacaq?

Təhsil Nazirliyinin mediaya açıqlamasında bildirilib ki,2019-2020-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrində 1 milyon 525 mindən çox şagirdin təhsil alacağı proqnozlaşdırılır. Onlarən 714 min 259-u qız, 810 min 757-si isə oğlan olacaq. I sinfində 164 min 234, IX sinfində 122 min 43, XI sinfində 82 min 782 şagirdin, məktəbəhazırlıq qruplarında isə 108 min 74 uşağın təhsil alacağı proqnozlaşdırılır.

Məlumatda göstərilir ki, hazırda respublikada 322 ibtidai məktəb, 3 min 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə, 4 min 447 məktəb fəaliyyət göstərir. Yeni tədris ilində Təhsil Nazirliyi təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binasını şagirdlərin istifadəsinə verəcək. Onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

Bu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə,  məktəbəhazırlıq qrupları üçün isə 3 adda 168 min 148 dərslik və metodik vəsait çap edilib.

 

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

9 2019 16:26 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə