Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransanın Nant şəhərindəki “Qarabağ” Azərbaycan məktəbi genişlənir

Fransanın Nant şəhərindəki “Qarabağ” Azərbaycan məktəbi genişlənir

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Fransanın Nant şəhərinə səfər edib və yeni dərs ilinin başlanması ilə əlaqədar buradakı “Qarabağ” Azərbaycan məktəbinin kollektivi ilə görüş keçirilib.

Komitədən verilən məlumatda bildirilir ki, sədr Fuad Muradov və digər qonaqlar məktəbin fəaliyyəti və kollektivin qayğıları ilə maraqlanıb, yeni dərs ilində onlara uğurlar arzu ediblər.

Burada yaşayan onlarla soydaşımızın iştirak etdiyi görüşdə uşaqların təhsil imkanlarının artırılması, məktəbin tədris vəsaitlərilə tam təmin olunması və soydaşlarımızın asudə vaxtlarının səmərəli təşkilinin yaxşılaşdırılması ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb.

“Qarabağ” Azərbaycan məktəbinin nümunəvi fəaliyyətinin rəğbətlə qarşılandığı qeyd olunub və məktəbə marağın həddindən artıq olması nəzərə alınaraq, fəaliyyətinin genişləndirilməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, Fransanın Nant şəhərindəki “Qarabağ” Azərbaycan məktəbi Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il açılıb.

Məktəbdə keçirilən görüşdə Azərbaycanın Fransadakı səfirliyinin nümayəndəsi də iştirak edib.

 

“Xalq qəzeti”

9 2019 16:25 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə