Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Madriddə 24-cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresi keçirilib

Madriddə 24-cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresi keçirilib

Ölkəmizi bu tədbirdə Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, ATU  I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru  Taryel Ömərov təmsil edib.

3-7 sentyabr tarixlərində İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən 24–cü Dünya Bariatrik-Metabolik cərrahlar konqresində (24 th WORLD KONGRES IFSO - International Federation for the Surgery of Obesity and Metabolic Disorders) 67 ölkədən 3 mindən çox mütəxəssis iştirak edib.

Piylənmənin və metabolik xəstəliklərin cərrahi müalicəsindən bəhs edən bu konqresdə Bariatrik-Metabolik cərrahiyyə sahəsində 250-dən mütəxəssis çıxış edib.

Təmsilçimiz Taryel Ömərovun baraitrik-Metabolik cərrahiyyə metodlarından ən çox tətbiq edilən mədənin boylama rezeksiyası (Sleeve gatsrectomy) əməliyyatının modifikasiyasından bəhs edən “DOES OMENTOPEXY PLAY A ROLE İN PREVENTİNG COMPLİCATİONS DURİNG SLEEVE GASTRECTOMY PROCEDURE?” adlı çıxışı maraqla qarşılanıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2019 15:37 - SƏHİYYƏ
SƏHİYYƏ
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə