• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tomas Qreminger: Azərbaycan ilə ATƏT arasındakı münasibətlərin daha da inkişafı üçün imkanlar mövcuddur

Tomas  Qreminger: Azərbaycan ilə ATƏT arasındakı münasibətlərin daha da inkişafı üçün imkanlar mövcuddur

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov ATƏT-in baş katibinin ölkəmizə səfərinin qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ATƏT-lə qarşılıqlı hörmət və ümumi maraqlar naminə konstruktiv əməkdaşlıqda maraqlıdır. ATƏT nümayəndələri ilə aparılan danışıqlar əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivləri, ölkəmizin ATƏT-dən gözləntiləri barəsində ətraflı fikir mübadiləsinin aparılması üçün əlverişli imkan yaradır. 
Milli Məclisin sədri qeyd edib ki, biz ATƏT məkanında münaqişələrin həllində ATƏT-in məsuliyyətinin prioritet kimi saxlanılmasının tərəfdarıyıq. Bu təşkilatın Minsk qrupu 25 ildir ki, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olur. Təşkilatın sənədlərində ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əks olunsa da, Ermənistan tərəfi bu hüquqi normalara hələ də saymamazlıq nümayiş etdirir. İşğalçı ölkəyə qarşı təşkilat tərəfindən qəti addımların atılmaması ölkə ictimaiyyətində bu quruma olan inamı azaldır. Ermənistanın yeni rəhbərliyi məsələnin həlli istiqamətində konstruktiv addımlar atmaq əvəzinə, qızışdırıcı mövqe tutur. Bütün bunlara baxmayaraq, biz problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə inanırıq. 
Oqtay Əsədov bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycan Avropanın enerji təhlükəsizliyi arxitekturasına öz töhfəsini verməkdədir. Ölkəmizin birbaşa və fəal iştirakı ilə reallaşan qlobal miqyaslı neft və qaz kəmərləri, Şərqlə Qərbi birləşdirən dəmiryolu xəttinin istifadəyə verilməsi bu fikirlərin əyani sübutudur. Heç də təsadüfi deyil ki, ATƏT PA-da Azərbaycanın təşəbbüsü ilə İpək Yoluna dəstək qrupu yaradılıb. Bu mövzuda keçirilən konfrans Avropa ölkələrinin adı çəkilən məsələyə marağının əyani göstəricisidir. Biz inanırıq ki, ATƏT-lə əməkdaşlığımız gələcəkdə də hər iki tərəf üçün faydalı olacaq. 
ATƏT-in baş katibi Tomas Qreminger bu vəzifədə ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayıb. Azərbaycan ilə ATƏT arasında münasibətlərin daha da inkişafı üçün imkanların mövcud olduğunu deyən baş katib qeyd edib ki, səfərinin əsas məqsədi təmsil etdiyi təşkilatla Azərbaycan arasında əlaqələrin bugünkü vəziyyəti və gələcək inkişaf perspektivləri barədə müzakirələr aparmaqdır. Qonaq Azərbaycan nümayəndə heyətinin ATƏT-in qurumlarında fəal iştirakını xüsusi vurğulayıb. Təşkilatda aparılan islahatlara Azərbaycanın da töhfə verdiyini söyləyib.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb. 
Görüşdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər iştirak ediblər.

12 2018 23:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin