Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dmitri Nəzərov Almaniya mediasına açıqlama verib

Dmitri Nəzərov Almaniya mediasına açıqlama verib

“Biz Uelsdən iki qəribə top buraxdıq. Birini öz qapımıza vurduq. Bu, olduqca üzücü idi”.

Almaniyanın "Tag24" saytına müsahibə verən millimizin üzvü Dmitri Nəzərov Uels millisinin və Madrid "Real"ının futbolçusu Qaret Beylin onunla forma dəyişdirdiyini bildirib:

"Beyl mənə yaxınlaşdı, çıxışımızı qiymətləndirdi və soruşdu ki, formalarımızı dəyişəkmi?"

Daha sonra futbolçumuz Xorvatiya ilə oyundan danışıb. Almaniyanın "Ertsqebirqe" klubunun üzvü olan Dmitri Nəzərov görüşün asan keçməyəcəyini bildirib:

"Dövlət himni səslənəndə dərimdəki tüklərim biz-biz olur. Çətin oyun olacaq. Almaniya 2-ci Bundesliqasının oyunçusu kimi nə vaxt Luka Modriç və İvan Perişiç kimi oyunçularla qarşılaşmaq imkanım olur ki?"

Qeyd edək ki, Azərbaycan – Xorvatiya oyunu bu gün saat 20:00-da başlayacaq.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

9 2019 13:00 - İDMAN
İDMAN
12 Dekabr 2019 | 09:42
Ansu Fati rekorda imza atıb
10 Dekabr 2019 | 23:25
Messi birincidir
6 Dekabr 2019 | 22:59
Mbappe ilk onluğa düşüb

Köhnə versiyamızdan xəbərləri izlə