Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ mövzusunda yeni film

Qarabağ mövzusunda yeni film

Film yataqxanada yaşayan məcburi köçkün ailənin həyatından söz açır. film dram janrındadır. “Hadisə işğal altında qalmış evin açarının itməsi üzərində qurulub. Ailə bunu böyük faciə kimi qəbul edir, çünki bu açar onların ümididir. Evin açarı keçmişdən xatirə yox, həm də “Qapını bağlayıb gəlmişəm” kimi toxtaqlıqdır” – deyə filmin rejissoru Elşad Ərşadoğlu bildirib.

Film müstəqil layihədir. Rejissor bildirib ki, filmdə baş verən hadisə onların öz ailəsində baş verib: “Aktyor Qurban İsmayılovun oynadığı obrazın prototipi mənim öz babamdır. Biz Füzulidən köçkün gələndə mən 6 yaşında uşaq idim. Evimizin o topa açarı yadımdadır. Hətta yadımda idi, hansı açar hansı otağındır. Bir müddət sonra açarlar itdi. Və bu xüsusən babam üçün böyük dərd oldu. Bu, əslində, bir milyon insanın dərdidir. Məqsədim bu dərdi kino dili ilə dünyaya çatdırmaqdır”.

Qeyd edək ki, “Açar” rejissor kimi Elşad Ərşadoğlunun ilk filmidir. O, filmi festivallara təqdim etmək niyyətindədir. Film hazırda son mərhələdədir. Filmin ssenari müəllifi Elşad Ərşadoğlu,  operatoru Cavid Delee, quruluşçu rəssamı Arif Niftiyevdir. Rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Zemfira Əbdülsəmədova və başqaları oynayır.

Film“Epik Prodakşn” və “OB Film”in birgə istehsalıdır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 11:10 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə