Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Leyli və Məcnun” operası yenə repertuara salınıb

“Leyli və Məcnun” operası yenə repertuara salınıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində özünəməxsus yer tutan “Leyli və Məcnun” operası növbəti dəfə repertuara salınıb.

Sənət ocağının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevin quruluşunda təqdim ediləcək səhnə əsəri Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində izləniləcək.

Sentyabrın 29-da nümayiş olunacaq və 2 saat 30 dəqiqə davam edəcək operada Məcnun obrazını Xalq artisti Mənsum İbrahimov, Leylini isə Əməkdar artist Arzu Əliyeva canlandıracaq.

Qeyd edək ki, müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin il yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 2019 11:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə