Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 382         Bakı şəhəri, 4 sentyabr 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
 
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 56; 2008, № 1, maddə 39; 2014, № 6, maddə 747, № 9, maddə 1124; 2016, № 1, maddə 173; 2017, № 3, maddə 480; 2019, ­­
№ 1, maddə 158, № 5, maddə 957) ilə təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.7-ci bənddən “yazılı” sözü çıxarılsın.
2. 3.10-cu bənd üzrə:
2.1. birinci cümlədə “və” sözü “və ya” sözləri ilə əvəz edilsin;
2.2. ikinci və üçüncü cümlələr aşağıdakı redaksiyada verilsin:
“İmza sahibi sertifikatı kağız daşıyıcısında istədikdə, sertifikat Mərkəzin rəsmi blankında 1 (bir) nüsxədə tərtib edilir və imza sahibi tərəfindən imzalanır, Mərkəzin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq olunaraq imza sahibinə təqdim edilir. Elektron formada verilən sertifikat Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir və imza sahibinin ərizəsində qeyd olunan elektron poçt ünvanına və ya Mərkəzin elektron informasiya sistemində imza sahibi üçün yaradılmış elektron qutusuna göndərilir.”;
2.3. dördüncü cümlə çıxarılsın.
3. Aşağıdakı məzmunda 3.10-1-ci bənd əlavə edilsin:
“3.10-1. İmza sahibi sertifikatın qüvvədə olma müddəti başa çatanadək, yeni sertifikatın alınması üçün Mərkəzə elektron müraciət edə bilər.”.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə