Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC daxili vəsaiti hesabına 50 kiloqramlıq balonlarda maye xlorun satın alınması məqsədilə Açıq Tender Elan Edir

Tender 1 lot üzrə keçirilir.
 Lot -1. 50  kiloqramlıq balonlarda maye xlorun satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az  vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
 -aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və  maliyyə vəziyyəti. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün  tender təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 200 manatdır.
Təşkilat - “Azərsu” ASC
VÖEN - 9900001751
Bank - “Kapital Bank”ASC-nin 1 saylı Nəsimi filialı
Kod - 200112
VÖEN - 9900003611
M/h - AZ37NABZ 0135010000000001944
S.W. İ. F. T. BIK- AİİBAZ2X
H/h -  AZ65AİİB 33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər. 
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak  üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 oktyabr 2019-cu il saat 18.00-a , tender təklifi və bank təminatını isə 8 oktyabr 2019-cu il saat 16.00-a qədər PORTAL vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri  9 oktyabr 2019-cu il saat 11.00-da açılacaqdır. İddiaçılar təklif zərflərinin  açılışının  nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

Tender komissiyası

7 2019 12:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə