• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda dünya yəhudilərinin Yeni il bayramı – “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib

Bakıda dünya yəhudilərinin Yeni il bayramı – “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib

Bakıda Avropa yəhudiləri icmasının nümayəndələrinin və qonaqların iştirakı ilə dünya yəhudilərinin Yeni il bayramı – “Roş-Ha-Şana” münasibətilə tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bayram tədbirində Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Salahlı iştirak ediblər.
Şöbə müdiri Etibar Nəcəfov Prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.
Təbrik məktubunda dövlətimizin başçısı xalqlarımız arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, tolerantlığın və multikultural dəyərlərin mövcud olduğu müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndirildiyini bildirib. Qeyd edib ki, ölkəmizin bütün xalqları, o cümlədən yəhudi icması Azərbaycanda həmişə əmin-amanlıq şəraitində yaşayıb, heç bir ayrı-seçkiliyə məruz qalmadan dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlayıb. 
Daha sonra çıxış edən Avropa Yəhudiləri icmasının sədri, Xalq artisti Aleksandr Şarovski dövlətin ölkəmizdəki bütün dinlərin və millətlərin nümayəndələrinə hər zaman diqqət və qayğı göstərdiyini bildirib. Vurğulayıb ki, yəhudi əsilli vətəndaşlarımız bu gün müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında ölkəmizdə mövcud olan multikulturalizm və tolerentlıq mühitindən bəhs edib. S.Salahlı qeyd edib ki, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq insan hüquq və azadlıqlarının təminatı, o cümlədən ölkədə sabitlik, əmin-amanlıq dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir. 
Tədbirdə Bakıdakı Avropa yəhudilərinin ravvini tərəfindən dini ayin icra edilib və təqvim üzrə başlayan növbəti yeni ildə bütün xalq və millətlərə sülh və əmin-amanlıq arzulanıb. 

12 2018 23:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin