• USD: 1.7000
  • EUR: 1.9245
  • RUB: 0.0252
  • TRY: 0.3109
  • Bakı + 8.7 ° C / 98%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli ədib Mir Cəlalın təbrizli tədqiqatçısı Hüseyn Siyami beynəlxalq mükafata layiq görülmüşdür

Görkəmli ədib Mir Cəlalın təbrizli tədqiqatçısı Hüseyn Siyami beynəlxalq mükafata layiq görülmüşdür

Azərbaycanda və İranda azərbaycanşünaslığa aid araşdırmaları ilə yaxşı tanınan, görkəmli yazıçı-ədəbiyyatşaünas və pedaqoq Mir Cəlalın təbrizli tədqiqatçısı Hüseyn Siyami Beynəlxalq “Avropa nəşr mətbuat evi”nin qızıl medalı və diplomu ilə təltif olunmuşdur.
AZƏRTAC xəbər verir ki, Hüseyn Siyami bu mükafata qardaş ölkələrin və xalqların mədəni irsinin araşdırılması, iki dövlət arasında ictimai əlaqələrin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə və digər xidmətlərinə görə layiq görülüb. Onun xidmətləri sırasında Təbrizin qədim yurd yerlərindən olan, böyük ədibimiz Mir Cəlalın dünyaya göz açdığı Əndəbil kəndi ilə bağlı apardığı araşdırmalar xüsusi yer tutur.
Xatırladaq ki, Təbrizin Tikmədaş kəndində dünyaya göz açan yazıçı-şair, publisist Hüseyn Siyami, eyni zamanda, gözəl şeirləri və təsirli publisistik yazıları ilə tanınır. Şeirləri bu gün ölkəsində dillər əzbəridir. O xeyli vaxtdır ki, görkəmli alim və yazıçı, əslən Təbrizin Əndəbil kəndindən olan, XX əsrin əvvəllərində Bakıya pənah gətirən Bakı Dövlət Universitetinin professoru Mir Cəlal Paşayevin keçdiyi keşməkeşli və mənalı həyat yolunu tədqiq edir. Həmçinin Mir Cəlal müəllimin doğulub boya-başa çatdığı kəndin tarixi, özünəməxsus adət və ənənələri, görkəmli şəxsiyyətləri barədə araşdırmalar aparır. Onun tədqiqatlarından məlum olur ki, monqol-tatarlara qarşı ən güclü üsyanlardan biri Əndəbildə baş verib. Bu üsyana Cəlayir tayfasından olan, Təbrizdə Səfəvilər dövlətinin qurulmasında iştirak edən Seyid Məhəmməd Cəlayir başçılıq edib.
Tədqiqatçı alim hazırda “Azərbaycan tarixində Əndəbil üsyanı” adlı kitabını çapa hazırlayır. O, tanınmış politoloq, professor Rövşən Novruzoğlu ilə birlikdə Əndəbil kəndinin dünənindən və bu günündən, Mir Cəlal Paşayevin mənsub olduğu nəslin görkəmli nümayəndələrindən bəhs edən kitab üzərində də işləyir. Hüseyn Siyami bu yaxınlarda Əlborced ostanında yaşayan azərbaycanlı yazıçıların təşkil etdikləri ədəbiyyat mərkəzinin sədri seçilib.

 

12 2018 23:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin