• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq konfransı keçirilir

Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq konfransı keçirilir

Sentyabrın 12-də Tbilisidə “Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018” V Beynəlxalq konfransı öz işinə başlayıb. 
Tədbiri Argus şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə bürosunun rəhbəri Mixail Dubik açaraq onun əhəmiyyətindən danışıb. 
Sonra Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İrma Kabtaradze çıxış edərək ölkəsinin bu tədbirə və iqtisadi, siyasi əməkdaşlığa verdiyi əhəmiyyəti qeyd edib, Gürcüstanın iqtisadi imkanlarından danışıb.
İki gün davam edəcək konfransda əsasən Xəzər və Qara dəniz regionlarında yükdaşımaların dinamikası – yeni meyillər və imkanlar, Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi – tranzit yükdaşımaları və inkişaf potensialı, neft və neft məhsullarının daşınması perspektivləri, strateji nəqliyyat dəhlizləri – Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub, Çin-Avropa nəqliyyat marşrutları, tarif siyasətinin çevikliyi, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Çindən və Mərkəzi Asiyadan Şərqi Avropa ölkələrinə konteyner daşımalarının əhəmiyyətinin artması, Xəzər-Qara dəniz regionunda mineral gübrələrin tədarükü potensialı – Azərbaycanın və Gürcüstanın infrastruktur obyektlərinin icmalı və s. məsələlər müzakirə olunacaq.
Konfransda "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndəsi Kamran Babayev çıxış edəcək, Azərbaycandan keçən dəmir yollarının perspektivləri, nəqliyyat konsorsiumlarının bu məsləyə yanaşmaları, “Azərbaycan Dəmir Yolları” QSC-nin imkanları barədə məlumat verəcək.
Beynəlxalq konfransda iri neft, nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların, gəmiçilik şirkətlərinin, treyderlərin, habelə Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Türkiyə, İran, Özbəkistan, Şərqi və Qərbi Avropa ölkələrinin dövlət orqanlarının və əlaqədar nazirliklərinin nümayəndələri iştirak edirlər. 
Neft və nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların nümayəndələrini, habelə müxtəlif ölkələrdən yanacaq istehlakçılarını bir araya gətirən konfrans iştirakçılara ən aktual məsələləri müzakirə etmək və Xəzər-Qara dəniz regionu bazarına dair unikal informasiya əldə etmək imkanı verir.

Xətayi Əzizov, 
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi  

 

12 2018 22:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin