• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT Ermənistanın yeni rəhbərliyinin özbaşınalığına son qoymalıdır

ATƏT Ermənistanın yeni rəhbərliyinin özbaşınalığına son qoymalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən siyasətdə diletant olduğunu büruzə verməkdədir. Bunu istər onun ölkədaxili məsələlərə münasibətində, istərsə də xarici siyasət, xüsusən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı problemlərə yanaşmasında müşahidə etmək mümkündür.
Ermənistanın daxili həyatı hər gün baş verən yeni həbs, hədə və cəza xəbərləri ilə müşayiət olunur. Gah sabiq prezidentlər Serj Sarkisyan və Robert Köçəryan, yaxud KTMT-nin başçısı Xaçaturov həbs edilir, gah da hansısa məmur işdən azad edlilir, cəzalandırılır. 
Xarici siyasət isə ümumiyyətlə bərbad vəziyyətdədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən ATƏT-in baş katibi Tomas Qremingerlə görüşü zamanı çox əyani şəkildə şərh etdi. Prezident qeyd etdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Onun sözlərinə görə, Paşinyanın “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. “Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”, -- deyə Prezident İlham Əliyev bəyan edib. 
Təbiidir ki, Paşinyan münaqişənin həllinə kömək etmək deyil, məsələləri qarışdırmaq, dünya ictimaiyyətini yalançı bəyanatlarla çaşdırmaq istəyir. Amma Azərbaycan Prezidenti növbəti dəfə Ermənistan rəhbərinin iç üzünü açdı. ATƏT bu kimi çaşdırıcı və yalan dolu bəyanatlara münasibət bildirməli, haqlı ilə haqsızı ayırd etməli, Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoymalıdır. Münaqişənin ədalətli həlli üçün cavabdeh olan bir beynəlxalq təşkilat nə vaxta qədər təcavüzkar ölkənin nazı ilə oynamaq fikrindədir?! 

Əflatun AMAŞOV,  
Milli Məclisin deputatı 

12 2018 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin