Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səfir: Ermənistanın təxribatçı bəyanatları Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirir

Səfir: Ermənistanın təxribatçı bəyanatları Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyəti daha da mürəkkəbləşdirir

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq məsuliyyətsiz mövqe tutmaqda davam edir.

Bunu Azərbaycanın Belçikadakı səfiri, Aİ-dəki daimi nümayəndə Fuad İsgəndərov deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ermənilər tərəfindən hər hansı bir müsbət addım müşahidə olunmur: “Erməni məmurların son təxribatçı bəyanatları vəziyyəti daha da mürəkkəbləşdirir. Bu, həm də onu sübut edir ki, Ermənistanın hazırkı hökuməti məsuliyyətsiz mövqe tutmaqda davam edir. Amma biz siyasi həll yolu tapmaq ümidlərimizi itirmirik”.

 

“Xalq qəzeti”

5 2019 16:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə