• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Tahir Salahov. Musiqiçilərin portretləri”

“Tahir Salahov. Musiqiçilərin portretləri”

Bu adda Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq rəssamı Tahir Salahova həsr edilmiş tədbir keçirilib.
Tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək, sənətkarın yaradıcılığından söz açıb. Bildirilib ki, Azərbaycanın müasir rəssamlıq məktəbinin görkəmli nümayəndəsi T. Salahov yaratdığı əsərlərlə milli mədəniyyətimizə özünəməxsus töhfələr verməklə yanaşı, onu dünyada təbliğ edib. Rəssamın əsərləri dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Onun şah əsərlərindən biri müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunub.
Vurğulanıb ki, Tahir Salahov milli sənət xəzinəsinin qızıl fonduna daxil olan əsərləri ilə Azərbaycan mədəniyyəti tarixində yeni, parlaq səhifə açıb. Onun tabloları çoxəsrlik ənənələrə malik Azərbaycan incəsənətinin şöhrətini yüksəklərə qaldırıb.
Sonra sənətkarın özü çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edib.
Qonaqlar sənətkara həsr edilmiş “Dünya rəssamı. Tahir Salhov” adlı filmi izləyiblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə klassik Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət olunub.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

12 2018 22:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin