• USD: 1.7000
  • EUR: 1.9245
  • RUB: 0.0252
  • TRY: 0.3109
  • Bakı + 8.7 ° C / 98%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan xanəndəsi Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görüldü

Azərbaycan xanəndəsi  Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görüldü

Sentyabrın 6-dan 10-dək Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən I Beynəlxalq Muğam Sənəti Forumunda Azərbaycan da təmsil olunub.
Qeyd edək ki, forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.
­Azərbaycanı bu il beynəlxalq ­muğam müsabi­qəsində Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi "Muğam" instrumental musiqi qrupu təmsil edib. Xanəndələr, Əməkdar artist Nigar Şabanova, Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada – Əməkdar artist Toğrul Əsədullayev, qanonda – Əməkdar artist Çinarə Heydərova, nağarada – Emin Cəbrayılov çıxış ediblər.
Azərbaycandan "Heyratı" qrupunun solisti Nigar Şabanova və Özbəkistanın "Sakil" ansamblı müsabiqədə I yerə layiq görülüblər. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.
Müsabiqənin Qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğam ifaçılarının iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir.
Qeyd edək ki, mükafat fondunun 10 min ABŞ dolları  təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib.

M.MÜKƏRRƏMOĞLU,  “Xalq qəzeti”

12 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin