Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hunanlar kəndinin tələbələri...

Hunanlar kəndinin tələbələri...

Bir vaxtlar – sovet dönəmində bu kənd Girzan adlanırdı. Və üzdəniraq qonşularımız burada məskən salmışdılar.  Məlum hadisələr zamanı şələ-külələrini yığışdırıb hansı cəhənnəmə getdilərsə, izləri belə qalmadı. O vaxt oradakı məktəb də 8 illik idi. O məktəbi bitirənlər təhsillərini davam etdirmək üçün rayon mərkəzinə üz tuturdular...

Müstəqillik qazanan ölkəmizdə abadlıq-quruculuq işlərinə start veriləndə bu kənd də unudulmadı. Qədim Hunanlar adı özünə qaytarıldı. Məktəb, xəstəxana, digər ictimai-məişət obyektləri tikildi.

Tovuza səfəri çərçivəsində Milli Məclisin deputatı Qənirə Paşayeva Habil Cəfərov adına Hunanlar kənd tam orta məktəbinə də baş çəkib. Bu məktəbdən bu il ali məktəblərə qəbul olan, tələbə adını qazanan gənclərlə görüşüb, onları təbrik edib, təhsildə uğurlar diləyib. Deputat, eyni zamanda, tələbə adını qazanan gənclərin qayğıları ilə maraqlanıb, onlarla fikir mübadiləsi aparıb, “hər zaman yanınızdayıq”– deyib.

Q.Paşayeva tələbə adını qazanan gənclərin valideynlərini də təbrik edib, hər zaman övladlarının yaxşı təhsil almaları üçün çalışdıqları və onlara dəstəkləri üçün təşəkkürünü bildirib. O, tələbə adını qazanan gənclərin müəllimlərini də unutmayıb, onları xüsusi təbrik edib, işlərində uğurlar diləyib. Deputat inkişafda təhsilin böyük rolunu və önəmini xüsusi vurğulayıb .

Q.Paşayeva məktəbin kollektivini də təbrik edib, onlara qarşıdan gələn yeni dərs ilində böyük uğurlar diləyib. Gənclərlə görüşdə deputatla bərabər, Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova da iştirak edib və gəncləri təbrik edib. Görüşün sonunda Q.Paşayeva tələbə adını qazanan gənclərə hədiyyələr təqdim edib. “Tovuz rayonu Habil Cəfərov adına Hunanlar kənd tam orta məktəbindən tələbə adını qazanan bütün gəncləri bir daha təbrik edirik, yolunuz açıq olsun və uğurlarınız bol olsun”,– deyib!

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 2019 12:01 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə