Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ və Çin arasında yeni razılaşma

ABŞ və Çin arasında yeni razılaşma

Çinin baş nazirinin müavini Lyu Xe və ABŞ-ın maliyyə naziri Stiven Mnuçin və ticarət nümayəndəsi Robert Laythayzer arasında telefon danışığı olub.

Telefon danışığı zamanı rəsmilər ticari danışıqların yeni mərhələsinin başlanması barədə razılaşıblar.

Qeyd edək ki, daha öncə, sentyabrda danışıqların yeni mərhələsinin keçiriləcəyi barədə bildirmişdi. Sonuncu dəfə iki ölkənin rəsmilər arasında belə yüksək səviyyəli danışıqlar iyulun 31-də Şanxayda baş tutub. Lakin bu danışıqlardan sonra tərəflər arasında gərginlik artmışdı. Nəticədə sentyabrın 1-dən yeni ticarət rüsumları tətbiq olunub. ABŞ Çindən idxal olunan 300 milyard dollar həcmində mallara gömrük rüsumunu 15 faiz artırıb. Çin də öz növbəsində ABŞ-dan idxal edilən mallara yüksək rüsum tətbiq edib.

Daha öncə ABŞ Prezidenti Donald Tramp öz “Twitter” səhifəsində ticarət sahəsində ikitərəfli mübahisələrin nizamlanması üzrə ABŞ-Çin danışıqlarının yaxşı davam etdiyini qeyd etmişdi.

 

“Xalq qəzeti”

5 2019 11:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə