Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Trampla Ruhani arasında görüş ola bilər

Trampla Ruhani arasında görüş ola bilər

ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani arasında sentyabrın sonunda BMT Baş Assambleyası çərçivəsində görüş keçirilə bilər.

Bu barədə ABŞ prezidenti jurnalistlərə bildirib. Mümkün görüş barədə suala cavab verən D.Tramp deyib: "Hər şey mümkündür. Onlar danışmaq, müqavilə bağlamaq istəyirlər".

Bundan əlavə D.Tramp qeyd edib ki, ABŞ administrasiyası Vaşinqton və Tehran arasında danışıqların başlaması üçün sanksiyaların bir hissəsini ləğv etməyəcək.

 

“Xalq qəzeti”

5 2019 11:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə